Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən məsələnin araşdırılması üçün yaradılmış Komissiyanın qərarı verilənə kimi Valeh Kərimova heç bir əməliyyat verilməyəcək və fəaliyyəti Mərkəz tərəfindən müvəqqəti dayandırılır: \” Komissiyanın qərarı çıxana kimi ona heç bir əməliyyat verməyəcəm\”.
Qeyd edək ki, Angioloji və Mikrocərrahiyə Mərkəzin cərrah həkimi Valeh Kərimov 87 yaşlı diabet xəstəsi Tərlan Əliyevanın iltihablı ayağı yerinə səhvən sağlam ayağını kəsib. (lent.az)
İnterpress.az