Xəbər verilir ki, sərxoş vəziyyətə sükan arxasına keçən Fazil Rzaxanov sonda ağır qəzaya səbəb olub. Ahıl kişi idarə etdiyi VAZ-2107 markalı maşınka Aşağı Güzdək qəsəbəsində yolu keçən 4 piyadanı vurub. Hadisədən sonra sürücü maşını saxlamadan yoluna davam edib. Bir ailənin üzvü olan 4 yaralı isə xəstəxanaya çatdırılıb.
Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları qıza zaman ərzində Fazil Rzaxanovun yerini müəyyən ediblər. Polisə gətirilən sürücü əməlini etiraf edib. O, hadisə yerindən qaçmasını qorxduğu ilə izah edib.
İkisi azyaşlı olan 4 yaralının vəziyyəti normaldır. Amma 70 yaşlı Fazil kişini yaxşı heç nə gözləmir. Avtomobili sərxoş vəziyyətdə idarə etməsi və yaralılara yardım etmədən hadisə yerindən qaçması onun ağırlaşdırıcı hal hesab olunur. (musavat)
İnterpress.az