Xəbər verilir ki, ev sahibi Vüqar Eyvazov Abşeron polisinə müraciət edərək, evindən 3500 manat və 5 ABŞ dollarının yoxa çıxdığını bildirib.
Əməliyyatçıların ilk ağlına gələn şübhəli usta olub. Saxlanılan Əlizamin Eyvazov əməlini də etiraf edib, oğurladığı pulun bir hissəsini də polisə təhvil verib.
O qədər pulu bir yerdə görəndə nəfsinə yenildiyini deyən Əlizamin Eyvazov peşiman olduğunu bildirib, ev sahibindən bağışlamasını istəyib.
Abşeron Rayon Polis İdarəsində cinayət işinin istintaqı zamanı o da məlum olub ki, Əlizamin Eyvazov bir neçə il əvvəl məhkumluq həyatı yaşayıb. (musavat)
İnterpress.az