Qarabağla bağlı gözlənilən bəyanat yayıldıbackend

Qarabağla bağlı gözlənilən bəyanat yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayaraq Azərbaycan və Ermənistana çağırış edirblər.

Məlumata görə, bəyanatda qeyd olunur ki, münaqişə tərəfləri – Azərbaycan və Ermənistan mayın 16-da Vyanada və iyunun 20-də isə Sankt-Peterburqda keçirilən görüşlərin nəticələri ilə bağlı yayılan birgə bəyanatdakı razılaşmalara hörmət etməlidir.

Biz Azərbaycanı və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa çağırırıq. Həmçinin substantiv danışıqlarda irəliləyişə nail olmağa və ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə çağırırıq. Biz prezidentlərin son iki görüşünün nəticələrinin irəliləyişi üçün tərəflərlə əməkdaşlığımızı davam etdirəcəyik, – deyə bəyanatda bildirilir.
Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilib.

Qarabağla bağlı gözlənilən bəyanat yayıldı

Azərbaycan Prezidenti İlham əliyev və xarici işlər naziri Elmar Məmmədyarov Vyana danışıqlarında
Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub. ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro görüşdə iştirak edib.

Toplantının sonunda ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib. Sənəddə deyilir ki, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər.

Qarabağla bağlı gözlənilən bəyanat yayıldı

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında görüş
Prezidentlərin növbəti görüşü isə iyunun 20-də Sankt-Peterbur şəhərində baş tutub. Sank-Peterburq görüşünün bəyanatında deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi yollarla nizamlanması ilə bağlı addımlar ön plana çıxarılmalıdır. (ans)

İnterpress.az