Qarabağ müharibəsi fəlakət gətirəcəkbackend

Qarabağ müharibəsi fəlakət gətirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll ediləcəyinə inanırlar\”. Məlumata görə, bu sözləri ATƏT-inin Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik \”Amerikanın səsi\” radiosuna deyib.

O bildirib ki, əgər prezidentlər münaqişənin sülh yolu ilə həllinə inanmasaydılar danışıqlar aparmazdılar. “Hər iki prezident müsbət irəliləmələrə nail olmağa kökləniblər. Onlar bilirlər ki, münaqişəni hərbi yolla həll etmək olmaz. Müharibə region üçün fəlakət olar\”, – deyə Uorlik bildirib. Beynəlxalq vasitəçilər nəhayət, öz tərəfimizdən münaqişənin həllinə nail olmaq tərəfləri inandırmağa çalışırlar.

\”Məhz indi zaman yetişib. Həm Ermənistan, həm də Azərbaycan prezidenti münaqişəni sülh yolu ilə həll etmək istəyirlər. Nə iki ildən sonra, nə də beş ildən sonra heç nə asan olmayacaq. Təmas xəttində də ağır silahların, minaatanların və artilleriya silahların qalması təhlükəlidir. İstənilən səhv addım genişmiqyaslı müharibə riskini artıra bilər\”.

Qarabağ müharibəsi fəlakət gətirəcək

Ceyms Uorlik – amerikalı həmsədr
Uorlik əlavə edib ki, ABŞ münaqişənin nizama salınması prosesində Rusiya prezidenti Vladimir Putinin səylərini alqışlayır. “Rusiya həmçinin münaqişənin uzanmasında maraqlı deyil”. (ans)

İnterpress.az