AZTV-nin əməkdaşı iş başında öldübackend

AZTV-nin əməkdaşı iş başında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış diktor Bəxtiyar Şərifzadənin ötən gün axşam saatlarında iş başında qəfildən halı pisləşib. Dərhal təcili tibbi yardım çağırılıb. Lakin 55 yaşlı diktoru xilas etmək mümkün omayıb.

İlkin məlumata görə ölümə səbəb ürək tutması olub.

Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində də iştirak edib.

Bəxtiyar Şərifzadə Azərbaycan Dövlət Radiosunun 25 ildən artıq xidmət edib. 1988-cı ildən bəri radioda diktorluq edib.

Mərhum bu gün dəfn ediləcək. Allah rəhmət eləsin! ( anspress.com )

İnterpress.az