“O, həkim deyil, heyvandır… – Nazir məsələyə reaksiya verməlidir”backend

“O, həkim deyil, heyvandır… – Nazir məsələyə reaksiya verməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında tibb elmləri namizədi Rəşid Mahmudov Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində şəkərli diabet xəstəsi olan 82 yaşlı Tərlan Əliyevanın sol ayağı əvəzinə sağ ayağının kəsilməsinə münasibət bildirərkən deyib. R.Mahmudov cərrah Valeh Kərimov haqqında ağır ifadələr işlədib: “O həkimin başı xarab imiş. Xəstə ayağı qoyub, sağlamı kəsib? Belə şey olar? Mən buna inanmaq istəmirəm. Əgər bu ölkədə belə şey varsa, daha sözüm yoxdur. Bu həkim heyvandır. Eşitdim, ürəyim xarab oldu. Biabırçılıqdır. Belə həkim olar? Səhiyyə naziri sözünü deməlidir. Həkimi o təyin edir. Belə biri həkim işləməməlidir. Bizim ölkədə hər şeyin baş verdiyini görmüşdük, amma belə biabırçılığı ilk dəfədir eşidirəm. Ölkənin adına ləkədir. Nə günlərə qalmışıq…”

R.Mahmudov Azərbaycanda yaxşı həkimlərin də olduğunu xatırladıb: “O həkimin adamı var ki, gəlib cərrah olub. Kəsilməli ayağı qoyub, o birini kəsən adam heç vaxt həkim ola bilməz. Savadsız adamlara pul gücünə, yaxud da nələrinsə vasitəsiylə vəzifə verib, həkim qoyurlar. Belə şəxsin həkim işləməyə haqqı yoxdur. Mən o adamı qınayıram. Azərbaycanda çox gözəl savadlı, işinin öhdəsindən gələn həkimlər var, bu, inkar edilə bilməz. Savadsız, ağzının şorbası tökülən həkimlər də var, hansısa yolla gəlib cərrahiyyəyə çıxıblar”.

Qeyd edək ki, şəkərli diabet xəstəsi olan Tərlan Əliyeva iyunun 23-də Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Əliyyat zamanı cərrah Valeh Kərimov 82 yaşlı qadının iltihablı sol ayağı əvəzinə sağ ayağını kəsib. Məsələ ictimaiyyətdə ciddi rezonansa səbəb olub.

İnterpress.az