22 ev su altında qaldıbackend

22 ev su altında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Qusar Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində kəndin yolları yararsız hala düşüb, elektrik və rabitə dirəklərini və mal-qaranı sel aparıb, arıçılıq təsərrüfatına ciddi ziyan dəyib. \”Kəndin girişindəki körpünün bir hissəsini də su aparıb.

Bir çox evlərin divarları uçulub. Yağıntılar 3 saata yaxın davam edib\”, – deyə komissiya sədri bildirib. Ş.Fərəməzov hazırda FHK əməkdaşlarının və texnikasının hadisə yerinə cəlb olunduğunu və fəsadların aradan qaldırılması istiqamətində iş aparıldığını qeyd edib. (report.az)

İnterpress.az