Xəbər verilir ki, qəza Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində qeydə alınıb.
Mikayıl Müfiq küçəsi ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticəfə yerindən çıxan dirək yola aşıb, avtomobil isə yararsız vəziyyətə düşüb.
Hadisə zamanı avtomobildə sürücü və bir sərnişin olub. Xoşbəxtlikdən onlar xəsarət almayıblar.
Yol polisi əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, havanın yağışlı olmasını nəzərə almayan sürücü əyləc sistemindən düzgün istifadə etməyib. (musavat)
İnterpress.az