Verilən məlumata görə, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar Moqadişoda “Nasa-Hablod” otelinə hücum ediblər.
Son məlumata görə, hazırda silahlılar və otelin mühafizəçiləri arasında şiddətli atışma davam edir.
Sosial şəbəkələrdə hücum edən şəxslərin “Əş-Şəbab” terrorçuları olduğu iddia edilir. Ölənlər barədə hələlik məlumat verilmir. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. (apa.az)
İnterpress.az