Belə ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bitən narkotik tərkibli bitkilərin yerini müəyyən olunaraq məhv edilməsi istiqamətində \”Xaşxaş-2016\” şərti adı altında əməliyyat tədbiri keçirib.
Nəticədə rayonun Fısdıqlı kəndi yaxınlığında istifadə olunmayan 1.2 hektar ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkarlanıb.
Polis əməkdaşları ərazidən 6 574 ədəd ümumi çəkisi 2 ton 435 kq olan narkotik tərkibli bitki olan çətənə kollarını toplayaraq yandırıblar. Qax Rayon Polis Şöbəsindən bildirilib ki, narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək. (musavat)
İnterpress.az