Multikulturalizm ili çərçivəsində Qusar Ləzgi Dram Teatrı maraqlı bir layihəyə imza atıb.
Məlumata görə, dram teatrının kollektivi zəfər marşı adlanan hərbi marşı təqdim edib. Teatrın direktoru Faiq Qardaşov deyib ki, tədbirin keçirilməsi ilə bağlı təşəbbüs rəhbərlik və işçilər tərəfindən gəlib.
Faiq Qardaşov – Qusar Ləzgi Dram Teatrının direktoru
“Birlikdə qərar verdik ki, teatrda hərbi vətənpərlik həftəsi keçirək. Biz ləzgi dilində marşlarımızla vətənpərvərliyi təbliğ etmək istəyirik. İstəyimizə də nail oluruq”,- deyə teatr rəhbəri bildirib.
Bu respublikada ləzgi dilində səslənən ilk hərbi marşdır. Marş Qusar Ləzgi Dram Teatrının silahlı qüvvələr günündə Azərbaycanın bütün hərbçilərinə hədiyyəsidir. (ans)
İnterpress.az