Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. (virtualaz.org)
İnterpress.az