Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilir ki, qurumun yeni layihəsi əsasında Bakı bulvarında təşkil edilən açıq havada rəqs məkanı 2 iyul 2016-cı il tarixindən etibarən hər həftəsonu fəaliyyətə başlayacaq.
Rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə saatlarınadək davam etməsi nəzərdə tutulur.
Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.
Qeyd edək ki, bundan əvvəl açıq havada rəqs məkanının iyunun 25-dən etibarən fəaliyyətə başlayacağı nəzərdə tutulurdu. 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən “Formula 1” yarışı ilə əlaqədar rəqslərin keçiriləcəyi ərazidə rekonstruksiya işlərinin yekunlaşmaması səbəbindən tədbir növbəti həftəyə keçirilib. (musavat)
İnterpress.az