Verilən xəbərə görə, bu barədə düşüncələrini milyarder dünən Project Syndicate saytında dərc etdirib.
Soros yazıb ki, Britaniyanın Avropa Birliyindən çıxmasının beynəlxalq birliyə necə təsir göstərəcəyini bilmir, amma əmindir ki, yaxın və orta perspektivdə Britaniya xalqı çox şeyə dözməli olacaq: \”Funt son on illiklərdə heç vaxt olmadığı qədər dəyər itirəcək, AB-də siyasi və iqtisadi ayrılıqlar üzrə danışıqlar uzandıqca dünyanın maliyyə bazarında qeyri-sabitlik hökm sürəcək\”.
Soros ehtimal edir ki, Böyük Britaniya bu sınaqdan salamat çıxmayacaq. O, xatırladıb ki, Şotlandiya artıq Birləşmiş Krallıqdan qopmaqda israr edir və təkrar referendum keçirilməsini istəyir, Şimali İrlandiya isə İrlandiyaya birləşmək fikrindədir. (musavat)
İnterpress.az