Sel Virciniyada 26 can aldıbackend

Sel Virciniyada 26 can aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici medianın verdiyi xəbərə görə, leysan yağışlar nəticəsində əmələ gələn sel ştatda 100-dən artıq evi, eləcə də yolları və infrastrukrurları dağıdıb. 30 minə yaxın insan elektrik enerjisindən məhrum olub.

Bildirilir ki, bu 1972-ci ildən bəri ştatda baş verən üçüncü ən böyük daşqındır.

Ştatın qubernatoru Rey Tomblin bildirib ki, 44 əyalətdə fövqəladə vəziyyət elan edilib və axtarış-xilasetmə əməliyyatları davam etdirilir. (musavat)

İnterpress.az