Rayonun Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhər ərazisində qeyd alınıb. Mingəçevir şəhər sakini 1979-cu il təvəllüdlü Şəqaiq Süleymanov idarə etdiyi “Kamaz” markalı yük maşını ilə qum apararkən idarəetməni itirib və maşını dərəyə aşırıb. Hadisə zamanı sürücü müxtəlif bədən xəsarətləri ilə əvvəlcə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Gəncədəki xəstəxanalardan birinə aparılıb.
“Kamaz” rayonda su çəkilişi ilə məşğul olan şirkətə məxsus olub və qum daşıyırmış.
Hadisə şəhərin su xətlərinin yenilənməsi işləri zamanı baş verib.
İlkin ehtimala görə, qəzaya sürücünün dönmə əməliyyatını düzgün yerinə yetirməməmsi səbəb olub.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.(ANS PRESS-)
İnterpress.az