Sabirabada ölümlə nəticələnən yol qəzasıbackend

Sabirabada ölümlə nəticələnən yol qəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata hadisə Qaragüney kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Məhərrəm Süleymanov yolu keçmək istəyərkən sürücüsünün şəxsiyyəti hələlik istintaqla müəyyən edilməyən \”VAZ 2106\” markalı avtomobil tərəfindən vurulub.

Ağır bədən xəsarətləri alan 54 yaşlı kişi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hazırda rayonun polis şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Ölkə ərazisində ölümlə nəticələnən sonuncu qəza Cəlilabadda iki gün əvvəl baş verib. Bədirli kəndindən keçən yolda Məlikqasımlı kənd sakini Mais Əzizovun idarə etdiyi “Vaz 2106” markalı avtomobil ilə qarşıdan gələn Boyxanlı kənd sakini Davud Səfərovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “Vaz 2106”nın sürücüsü Mais Əzizov və sərnişinləri – bacısı Rəsmiyyə, Mahirə Cəfərova və həyat yoldaşı Məlahət Əzizova xəstəxanaya yerləşdirilib. Xəsarətləri ağır olan M.Əzizova xəstəxanada dünyasını dəyişib.

İnterpress.az