Məlumatına görə, bu barədə Avropa Xarici Siyasət Fəaliyyəti Xidmətinin (ESVD) saytında məlumat yerləşdirilib.
F. Moqerini B29-20 iyun tarixlərində Brüsseldə keçiriləcək sammitdə strategiyanın rəsmən Avropa İttifaqına üzv dövlətlərin rəhbərlərinə təqdim edəcək. Strategiya ilə bağlı yazdığı müqəddimədə F. Moqerini bildirib ki, Avropa İttifaqının məqsədi, hətta mövcudluğu şübhə altındadır: “Ancaq vətəndaşlarımıza və dünyaya indi əvvəllər olmadığı qədər güclü Avropa İttifaqı lazımdır. Bu, hətta Böyük Britaniyadakı referendumdan sonra da aktualdır. Bizə həqiqətən Avropa İttifaqının necə fəaliyyət göstərdiyinə yenidən baxmaq lazımdır. Ancaq biz gözəl bilirik ki, nə üçün fəaliyyət göstəririk, prinsiplərimiz, maraqlarımız və prioritetlərimiz nədir. Qeyri-müəyyənliyə zaman yoxdur, Avropa İttifaqına strategiya lazımdır. Bizə ümumi baxış və birgə fəaliyyət laxımdır.
Məlumatda o da qeyd edilib ki, Avropa İttifaqı Şurası tərəfindən 2015-ci ilin iyununda F. Moqeriniyə yeni strategiya üzərində çalışmaq tapşırılıb. (apa)
İnterpress.az