Bununla yanaşı hazırda T. Məmmədova ilə yaxınlarının da görüşməyinə icazə verilmir.
Görüşün yalnız xəstə ayılandan sonra baş tuta biləcəyi bildirilib.
ANS TV-nin Angioloji və Mikrocərrahiyyə Mərkəzində olan əməkdaşının verdiyi məlumata görə, o, xəstənin səhhəti ilə bağlı əməliyyatı həyata keçirən baş həkim Azər Şəmsəddinskidən məlumat almaq istəsə də, baş həkim qadının səhhəti ilə bağlı heç bir açıqlama verə bilməyəcəyini bildirib: \”A. Şəmsəddinski məlumat verməməklə yanaşı bizi öz otağından qovdu və qapıları üzümüzə bağladı. Saat 11:15-də həkimlə yenidən əlaqə saxladıqda isə baş həkim işləmədiklərini, iş vaxtı olmadığını bildirdi.
Əgər nahar fasiləsi olsaydı, həkimin bu sözləri anlaşılan idi. Lakin saat 11:15-də belə baş həkim tərəfindən belə bir fikrin səsləndirilməsi qaranlıq qalan məqamdır\”, – deyə hadisə yerində olan müxbir Hürü Əliyeva bildirib.
Həkimi səhv edərək sağlam ayağı kəsən xəstəxana əməkdaşları jurnalistləri də asanlıqla otaqdan qova bilirlər.
İnterpress.az