“France-Presse” agentliyinin verdiyi məlumata görə, 2013-cü ilin iyulundan Avropa İttifaqı və ABŞ arasında bu müqavilə ilə bağlı danışıqlar aparılır.
Söhbət dünyada 820 milyon insanı əhatə edən ən böyük, rüsumsuz ticarətin olduğu istehlak bazarının yaradılması ideyasından gedir. M. Vals bildirib ki, Avropa İttifaqının maraqlarına cavab verməyən azad ticarətlə bağlı hər hansı müqavilə imzalanmamalıdır: “Avropa möhkəm olmalıdır. Açıq deyim ki, Avropa İttifaqı və ABŞ arasında Transatlantik ticarət-investisiya əməkdaşlığı üzrə müqavilə olmayacaq. Bu müqavilə üzrə danışıqlar düzgün istiqamətdə getmir”.
Qeyd edək ki, ABŞ administrasiyası bu il noyabra qədər Avropa İttifaqı və ABŞ arasında Transatlantik ticarət-investisiya əməkdaşlığı üzrə müqavilə ilə bağlı danışıqların başa çatması üçün səy göstərir. Bəzi müşahidəçilər Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının səbəblərindən biri kimi britaniyalıların Avropa İttifaqı və ABŞ arasında Transatlantik ticarət-investisiya əməkdaşlığı üzrə müqavilə ilə bağlı narahatlığını göstərir.(apa)
İnterpress.az