Məlumata görə, Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən “RM petrol” maye-qaz doldurma məntəqəsində saat 18 radələrində qəza baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qaz doldurularkən boru partlayıb. 20-30 dəqiqə ərzində hadisəyə müdaxilə edən olmayıb. Yüksək təzyiqlə ətrafa yayılan qaz panikaya səbəb olub.
Qəza baş verərkən “RM petrol”un ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Ətrafda olan ticarət obyektləri fəaliyyətini davam etdirib, xeyli sayda insan hadisəni izləmək üçün oraya toplaşıb. Hadisə şahidlərinin dediyinə görə, baş verən qəzanı izləyənlər arasında siqaret çəkən şəxslər də olub. Onlara xəbərdarlıq edildiyindən, hadisə yerindən uzaqlaşdırıldığından baş verə biləcək faciənin qarşısı alınıb.
Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtda yerləşən yanacaqdoldurma məntəqələrinin necə böyük bir təhlükə olduğu haqda məlumat dərc etmişdik. Yazıda ticarət obyektlərinə, yaşayış məntəqələrinə yaxın olan yanacaqdoldurma məntəqələrində baş verə biləcək kiçik qəzaların necə böyük faciələrə səbəb olacağını qeyd etmişdik.(musavat)
İnterpress.az