Ermənistanda səfərdə olan Roma papası Fransisk və erməni katalikos II Qaregin Eçmiadzində imzaladıqları birgə bəyanatda Dağlıq Qarabağ məsələsinə də toxunublar.
Məlumata görə, hər iki dini iсma lideri münaqişənin sülh yolu ilə həll edidəсəyini ümid etdiklərini bildiriblər.
\”Təəssüf ki, biz dində radikal hadisələrin və nifrəti, diskriminasiyasnı, zorakılığı yaymağa bəraət qazandırmaq üçün dini dəyərlərdən istifadənin şahidi oluruq. Bu сür сinayətlərə dini ideologiya ilə bəraət qazandırılması yolverilməzdir\”, – deyə bəyanatda bildirilir.
Roma papası Fransisk və erməni katalikos II Qaregin Eçmiadzində
\”Xristian olaraq biz sülh və barışıq yolları axtarmağa və gerçəkləşdirməyə borсluyuq. Bu baxımdan ümid edirik ki, Dağlıq Qarabağa aid bütün problemlər dinс yolla həll ediləсək\”, – deyə dini liderlər bildiriblər. (ans)
İnterpress.az