1970-ci il təvəllüdlü Quliyev Ələsgər Əşrəf oğlunun arvadı, 1976-cı il təvəllüdlü Səfərova Raifə Ənvər qızını, qayınanası, 1954-cü il təvəllüdlü Səfərova Nazilə Savalan qızını və qayınatası, 1949-cu il təvəllüdlü Səfərov Ənvər Cənnətalı oğlunu, daha sonra özünü ov tüfəngindən atəş açmaqla öldürməsi faktı ilə bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, qətlə yetirilənlər Ağdam rayonu Mərzili kənd sakinləridir, onlar Ağcabədi rayonunda məskunlaşıblar. Qətli törədən isə Füzulidə məskunlaşmış Xocavənd sakinidir.
Hadisə Ə. Quliyevin qayınatasının evində baş verib. O, hadisəni törətdikdən sonra qəbristanlıq yaxınlığında intihar edib.
Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının ərazini mühasirəyə aldığını görərək, özünə atəş açaraq intihar edib.
İnterpress.az