Xəbər verilir ki, Məbəddə onları Müqəddəs Eçmiədzin kilsəsinin inspektoru Artak Tiqranyan, erməni kilsələrinin yepiskopları və digər şəxslər qarşılayıb. Kilsə rəhbərləri məbəddə şam yandırandan və dualar oxuduqdan sonra Roma papası qabaqcadan planlaşdırılan daha bir addımı atıb.
Belə ki, Fransisk və II Qaregin üzlərini Ağrı dağına çevirərək havaya ağ göyərçinlər buraxıblar.Bəziləri ehtimal edir ki, papa bununla illərdir bağlı qalan Türkiyə-Ermənistan sərhədlərinin açılmasını arzuladığını ifadə edib. Ancaq o da istisna edilmir ki, Vatikan rəsmisi Ermənistanın Türkiyəyə qarşı iddia etdiyi ərazi iddiasına dəstək verib.
Qeyd edək ki, bir müddət öncə Ermənistanda olarkən Rusiya XİN başçısı Sergey Lavrovun öz mobil telefonu ilə Ağrı dağının fotosunu çəkməsi də geniş müzakirələrə səbəb olmuşdu. Hər halda səfərinin ilk günündə hətta protokolda nəzərdə tutulmadığı halda, Türkiyəni “erməni soyqırımı”na görə ittiham edən papanın bir gün sonra sülh tərəfdarı statusunda çıxış etməsi şübhəli görünür. (musavat)
İnterpress.az