Həkimlərin qurbanı olan Səlim dəfn edildibackend

Həkimlərin qurbanı olan Səlim dəfn edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumat verən uşağın valideynləri körpənin həkimlərin səhlənkarlığının qurbanı olduğunu deyiblər. Onların sözlərinə görə, xəstəxanada adi sanitar-gigiyena qaydalarına belə riayət edilmir. 6 aylıq Səlimın atası Seyfulla Laçınov uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istədiklərini qeyd edərək, həkimin əməliyyata israr etdiyini bildirib.

Valideynlər həmçinin əməliyyat zamanı uşağın daxili orqanlarına mikrob düşdüyünü iddia edirlər. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanası barədə şikayət ünvanlayıblar və həkimin həbs olunmasına israr edirlər. Bu xəstəxana ilə bağlı ilk uşaq ölümü deyil. Bir müddət əvvəl xəstəxanada daha bir uşaq həkim səhlənkarlığının qurbanı olub.

Hazırda həmin faktla bağlı araşdırma davam edir. Mətbuata qapalı olan Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəhmədova ənənəsinə bu dəfə də sadiq qalaraq faktla bağlı açıqlama verməkdən qaçıb. Nəyəsə və ya kiməsə arxayın olan Leyla Seyidəhmədova ANS TV-yə körpə ölümü ilə bağlı heç bir açıqlama verməyib. Seyidəhmədova ona sual ünvanlamağa çalışan müxbirin sözünü \”olmaz\” deyərək kəsməklə kifayətlənib.

İnterpress.az