Britaniyada 7 “kölgə” naziri istefa verdibackend

Britaniyada 7 “kölgə” naziri istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar bununla partiyanın lideri Ceremi Korbinanı şübhə altında qoyublar.

Məlumatda qeyd edilir ki, Qloriya de Pero, Haydi Aleksandr, Lyusi Pauell və Yan Mürrey öz postlarından getdiklərini elan ediblər. Bundan sonra Lilian Qrinvud və Kerri Makkarti də istefa veriblər.
\\
Bundan əvvəl xəbər verilib ki, Britaniyanın “kölgə” kabinetinin xarici işlər naziri Hilari Benn öz vəzifəsindən xaric edilib. KİV-dəki məlumata görə, Benn digər nazirlərə Leyboristlər Partiyasının liderinə etimad göstərməməyi elan etməyi təklif edib.

İyunun 27-də partiyanın üzvü olan iki deputat Korbinaya etimad məsələsini müzakirəyə çıxaracaqlar. Onlar hesab edirlər ki, kabinetin rəhbəri Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əleyhinə kifayət qədər fəal təbliğat aparmayıb. (modern.az)

İnterpress.az