Bu qınaq tam obyektiv və çox kədərli statistikaya əsaslanır-həqiqətən də istər Avropa, istərsə də postsovet ölkələrinin qanunvericilik orqanlarında Azərbaycan əsilli parlamentarilər, demək olar ki, yoxdur.
Ona görə də, yaşadığı ölkənin parlamentinə seçilmək şansı olan hər bir azərbaycanlını ən azı dəstəkləmək lazımdır.
İyulun 17-də Ukraynada Ali Radaya aralıq seçkilər keçiriləcək. Həmin seçkilərdə namizədlərdən biri də Ləyaqət inqilabının, antiterror əməliyyatlarının fəal iştirakçısı, könüllü Yunis Əsgərovdur.
İnterpress.az