Müəllimədən şikayət: “Göydə Allahıma, Yerdə Sizə sığınıram”backend

Müəllimədən şikayət: “Göydə Allahıma, Yerdə Sizə sığınıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Göydə Allahıma, Yerdə isə dövlətimə və onun rəhbərinə güvənir, ümid edirəm ki, onlar məni tək buraxmayacaqlar\”

Zərdab şəhər 1 saylı məktəb liseyindən qanunsuz olaraq işdən çıxarılan Məmmədli Mələkxanım Elşad qızı Zərdabda üzləşdiyi haqsızlıqlardan yazmadığı ünvan qalmayıb.

Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevaya üz tutan şikayətçi yazır:

“3 sentyabr 2013-cü il tarixdən Zərdab şəhər 1 saylı məktəb liseyində laborant kimi müvəqqəti əmək fəaliyyətinə başlamışam. Həmin vəzifədə əvvəllər işləmiş Şəbnəm Əhmədova 2015 – ci ilin iyun ayının 1-dən məzuniyyət vaxtı bitsə də, əvvəki işinə qayıtmamış, sentyabr ayından müəllimə kimi əmək fəaliyyətini davam etdirmişdir. Bu səbəbdən də 2015 – ci ilin yanvarın 1-dən mən həmin vəzifəyə daimi işə təyin olunmuşam. Bu barədə həm əmr kitabında, həm əmək kitabçasında, həm də elektron əmək muqavilsində qeyd olunub.

Keçən ilin oktyabrında kecmis isçi Ş. Əhmədova attestasiyadan keçə bilmədiyi üçün müəllim vəzifəsindən çıxarılıb. Bundan sonra o, öz ərzəsi ilə çıxdıgı informatika laborantlığı vəzifəsini (hansı ki, 3 ildir o vəzifədə mən çalışırdım) geri istəyib.

Məktəbə yeni direktor əvəzi təyin edilən Vüsalə Kərimova nəyin müqabilindəsə mənim bütün sənədlərimi – işə qəbul olarkən bağladığım müqavilələri, əmək kitabçamı, köhnə direktor Tofiq Ağayevin verdiyi əmri dəyişərək saxtalaşdırmışdır. Hansısa vəzifəli şəxsin göstərişi ilə T. Ağayevdən izahat alınmışdır ki, guya mənim əmrimi verərkən, texniki səhvə yol vermişdir. Yəni, 2015-ci ilin 1 yanvarında mənimlə daimi yox, guya 10 ay 6 gün müddətinə müqavilə bağlanmalıymış. İndi bu “səhvi” düzəltmək üçün mənim bütün sənədlərimi ağ boya ilə pozub, üstündən qələmlə özlərinə sərf edən tarixi yazıblar. Beləliklə, mənə dedilər ki, artıq sənin müqavilən bitib və işdən azadsan.

Əvvəllər həmin vəzifədə işləmiş Şəbnəm Əhmədovanı həmin vəzifəyə saxtakarlıqla təyin etdilər. Bütün bu saxtakarlıqları Vüsalə Kərimova nəyin müqabilində və kimə güvənərək etdiyini Zərdabda bilməyən yoxdur.

Üzləşdiyim bu qanun pozuntuları, sənədlərimin saxtalaşdırılması ilə bağlı Zərdab rayon məhkəməsinə muraciət etdim. Amma təssüflər olsun ki, hakim Tahir Qubadov təqdim etdiyim sübut və və dəlilləri nəzərə almadı. O mənim atasızlığıma, imkansızlığıma, direktor Vüsalənin isə ərinin YAP Zərdab rayon şöbəsində işləməsini, özünün yuxarılarda şəxsi dostlarının olmasına işarə edərək açıq-aşkar dedi ki, a bala, sənin icrada adamların, vəzifəli dostların yox, pulun yox, kimə güvənirsən? Dedi bura sosial yardım idarəsi deyil ki, kasıbı-kusubu nəzərə alaq. Hakim onu da dedi ki, Vüsalənin həyat yoldaşı YAP-dan mənə zəng edib, deyir ki, yoldaşımı işdən çıxarma, yoxsa özünə qəsd edər.

Beləliklə, hakim onların vəzifəli dostlarını, imkanlarını və s. nəzərə alaraq, onların xeyrinə qərar verdi.

Mən də Zərdab rayon məhkəməsinin 18 dekabr 2015 tarixli qərəzli qərarından Sirvan apelyasiya məhkəməsinə şikayət verdim.
Birinci prosesdə işə baxılarkən yenə də direktor əvəzi Vüsalə Kəromova və onun həyat yoldaşı boş durmadılar, hakimlə əlaqəyə girdilər. Bunu dəqiq bildiyimdən, vəsatət yazdım ki, məhkəmə binasındakı kameralar incələnsin. Sədr mənim haqlı olduğumu sübut etdi. Hazırda iş başqa hakimdədir.
Onu da qeyd edim ki, işlədiyim 1 saylı məktəbin keçmiş direktoru Tofiq Aqayevin oğlu məni evinə çağırıb, dedi: Vüsalənin adamlari deyir ki, əgər bu işdən əl cəkməsələr onlar üçün pis olacaq. Beləliklə, məni təhdid etdi. Bilmək istəyirəm, Vüsalənin adamlari kimdirlər ki, məni canımla qorxuzurlar? Təhdid olunmağım barəsində Zərdab rayon prokurorluğuna da şikayət vermişəm.

Üzləşdiyim haqsızlıqlarla bağlı Prezidentə, Ədliyyə və Təhsil Nazirliklərinə müraciətlər etsəm də direktor əvəzi Vüsalənin hər yerdə dostları olduğuna görə yazdığım məktubları it-bata salırlar.

Odur ki, saytınız vasitəsi ilə həmin vəzifəli şəxslərə, özəlliklə də Cənab Prezidentə, Mehriban xanıma müraciət edirəm: imkan verməyin ki, harınlamış məmurlar bir başsız ailənin imkansızlığından, kasıblığından istifadə edib onun haqqını tapdalasınlar. Mənim pulum, arxa-dayağım olmasa da, göydə Allahıma, Yerdə isə, dövlətimə və onun rəhbərinə güvənirəm. Ümid edirəm ki, onlar məni tək buraxmayacaqlar. (moderator.az)

İnterpress.az