Ancaq sabiq nazirin azadlıqda qalması isə deyəsən, uzun sürməyəcək. Belə ki, artıq həbsin bir addımlığına yaxınlaşan Eldar Mahmudov prosesual hüquqlarının müdafiəsi üçün özünə vəkil də tutub. Saytımız həmin vəkilin adını dəqiqləşdirə bilib. Bu, gənc vəkil kimi tanınan Ceyhun Yusifovdur. Məlumatda bildirilir ki, artıq vəkil istintaq prosesinə qoşulub.
Xəbərə aydınlıq gətirmək üçün Ceyhun Yusifovla əlaqə saxlayan əməkdaşımz ondan qeyri-müəyyən cavab alıb. Xəbərimizi nə təsdiq, nə də təkzib edən Ceyhun Yusifov bu barədə ona sual verməməyimizi xahiş edərək, telefonun dəstəyini asıb.
Xatırladaq ki, hələ bir neçə gün öncə Eldar Mahmudovun səksəkədə olduğunu, qəfil ürəktutması halları yaşadığı barədə məlumat yayılmışdır.
İnterpress.az