241 nəfər havada dəhşət yaşadıbackend

241 nəfər havada dəhşət yaşadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milana uçmaq üçün təyyarəyə minən sərnişinlər ölümlə burun-buruna gəliblər. Sinqapur Hava Yollarına məxsus təyyarə qalxdıqdan qısa müddət sonra Çanqi Hava Limanında təcili eniş edib. Buna səbəb isə təyyarədə başlayan yanğın olub.

Yanğın təyyarənin mühərrikindən başlayaraq qısa zamanda bütün təyyarəni əhatə edib. Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da \”Boeing 777-300ER\” təyyarəsi tamamilə yanaraq kül olub.

Hava gəmisində 222 sərnişin və 19 nəfərlik ekipaj üzvü olub. Xoşbəxtlikdən alov təyyarəni bürüməmişdən öncə bütün sərnişinləri evakuasiya etmək mümkün olub. İtaliyanın Milan şəhərinə yola düşən təyyarənin yanma anını sərnişinlərdən biri anbaan lentə ala bilib.

Təyyarənin alışmasına səbəb kimi mühərrikində yanacaq sızması göstərilir.

Ötən il Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida əyalətində uçmağa hazırlaşan sərnişin təyyarəsi od tutub yanmışdı. Hadisə “Hollivud” beynəlxalq hava limanında baş verib. Fort-Lederdeyt şəhərindən Venesuelanın paytaxtı Karakasa uçmağa hazırlaşan sərnişin təyyarəsi birdən-birə od tutub yanıb. (ans)

İnterpress.az