“Miqrantlar Avropanı tanınmaz hala salacaqlar”backend

“Miqrantlar Avropanı tanınmaz hala salacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Kütləvi miqrasiya nəinki Avropa Birliyinin dağılmasına səbəb olacaq, eləcə də yaxın 10 ilə qitəni tanınmaz hala salacaq\”.

Bu sözləri ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd milyarder Donald Tramp \”The Times\” qəzetinə müsahibə verərkən deyib.

\”Mən düşünürəm ki, Avropa birliyi tamamilə dağılacaq. Əminəm ki, miqrasiya olmasaydı, birliyin dağılmasından söhbət belə getməzdi. Tezliklə görəcəksiniz ki, digər ölkələr də Böyük Britaniyadan nümunə götürür.

Əlbəttə, mənim üçün \”gəlin bütün miqrantlara qucaq açaq, onları qəbul edək\” demək asandır. Lakin 10 ildən sonra Avropanı tanımaq mümkün olmayacaq. Buna imkan vermək olmaz. Mən qaçqınları Avropaya buraxmazdım. Mən onlara kömək etməkdən imtina edərək miqrantları təhlükəsiz zona yaradıb ora geri qaytarardım\”.

Siyasətçi Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmaq istəməsinə də münasibət bildirib. O, rəsmi Edinburqa ehtiyatlı davranmağı məsləhət görüb.

Böyük Britaniya milyarderləri ziyana saldı
\”Neftin qiyməti düşüb. Xammalın dəyəri azaldığından Şotlandiyanın gəlirləri artıq tamam başqa rəqəmlərlə hesablanır\”.

ABŞ-Böyük Britaniya münasibətlərindən danışan Tramp əlaqələrin əvvəlki kimi qalacağını bildirib. \”Mən onların hamısı ilə – İngiltərə, Şotlandiya, Şimali İrlanadiya ilə istər ayrı-ayrı, istərsə də birlikdə dostluğu davam etdirəcəm\”.

İyunun 23-də Böyük Britaniyada Avropa Birliyini tərk etmək barədə referendum keçirilib. 51.9 % nəticə ilə Britaniya Avropa birliyini tərk etməyin lehinə səs verib.

Britaniyanın bu qərarından sonra Fransa, Hollandiya və Avstriyada da bənzər çağırışlar edilib.(ans)

İnterpress.az