Putin Qarabağa görə ABŞ və Fransa prezidentlərinə zəng vuracaqbackend

Putin Qarabağa görə ABŞ və Fransa prezidentlərinə zəng vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Kremldəki mənbə RİA Novosti-yə bildirib.

“Bizim rəhbər Minsk Qrupunun həmsədrlərini Piterdə Əliyev və Sərkisyanla keçirdiyi görüşün nəticələri haqda məlumatlandıracaq. Yaxın günlərdə. Telefon zəngləri edəcək”-mənbə deyib.

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş iyunun 20-də keçirilib. Görüşün nəticələrinə dair birgə yazılı bəyanat yayılıb. Bəyanata əsasən tərəflər atəşkəsin monitorinqinin gücləndirilməsi üçün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması, münaqişənin həllinə dair danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər. Azərbaycan prezidenti İlham Əliyev görüşdə əldə edilmiş nəticələr və müzakirələrin detalları haqda Silahlı Qüvvələr günü münasibətilə çıxışında geniş danışıb.(virtualaz.org)

İnterpress.az