Ermənistanda Rusiya qarşı aksiyabackend

Ermənistanda Rusiya qarşı aksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda Rusiya ilə Ermənistan arasında vahid Hava Hücumundan Müdafiə sistemlərinin yaradılmasına qarşı yeni etirazlar başlayıb.

Erməni mətbuatının yaydığı xəbərə görə, aksiya “biz ölkəmizin sahibiyik” qrupunun təşəbbüsü ilə təşkil edilib.
Etirazçılardan biri onlara yaxınlaşan Ermənistanın sabiq baş naziri, hazırda parlamentinin deputatı olan Qrant Baqratyana şüşə butulka atıb. \”O, şüşə atıb qaçdı. Çox güman ki, bu təxribat idi”, – deyə Qrant Baqratyan jurnalistlərə açıqlamasında bildirib.

Ermənistanda Rusiya qarşı aksiya

Qrant Baqratyan-deputat

Baqratyan etirazçılara müqavilənin xarakterini aydınlaşdırmaq üçün yaxınlaşdığını deyib. Polis deputata hücum edən etirazçını saxlayıb.
Rusiya ilə müqavilə Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyinə salınıb.

2015-ci il noyabr ayının 11-də Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqazda regional birgə Hava Hücumundan Müdafiə sisteminin yaradılması ilə bağlı sazişin imzalanmasına göstəriş verib.
Bundan əvvəl də bir neçə dəfə Rusiya ilə bağlanan müqavilənin şərtlərinə etiraz ediblər. (ans)

Ermənistanda Rusiya qarşı aksiya

Ermənistanda Rusiya əleyhinə aksiya

İnterpress.az