Bakıda sərnişin avtobusu ağaca çırpıldı – Yaralılar varbackend

Bakıda sərnişin avtobusu ağaca çırpıldı – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə \”Əhmədli\” metrostansiyası yaxınlığında, yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 44 saylı \”DAEWOO\” markalı sərnişin avtobusu idarəetmədən çıxıb. Nəticədə sürücü avtomobili ağaca vurub.

Qəza nəticəsində avtobusun içərisində olan sərnişinlər xəsarət alıblar. Yaralılardan iki nəfər qadının xəsarətləri ağır olduğu üçün onlar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan 60 yaşlı Raziyə Kərimovanın baş nahiyəsi çapılıb. Digər xəstə, 32 yaşlı Aida Babayevanın isə bel və omba nahiyəsində sınıq qeydə alınıb. ( admiral.az )

İnterpress.az