Azyaşlı bədbəxt hadisə nəticəsində öldübackend

Azyaşlı bədbəxt hadisə nəticəsində öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qaraçuxur qəsəbəsində, azyaşlı Arzu Hacıyeva evlərinin həyətində oynayarkən yelləncəyin ipi onun boynuna dolandığından boğulub. Hava çatışmazlığı olan qızcığaz hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar hadisə aprel ayında Sumqayıt şəhərində də qeydə alınıb. Aprelin 27-də Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yaşayan 9 yaşlı Ayşən İsmayılova evdə oynayarkən pərdənin ipi boğazına dolaşdığından boğularaq ölüb.

Son 3 gündə daha bir azyaşlı ölümü Lerik rayonunda baş verib. Rayonun Şingədulan kəndində kənd sakini, azyaşlı Murad Bəgəliyevi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Qaradağ rayonunda da ehtiyatsızlıq faciəyə səbəb olub. Belə ki, iyunun 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Gültəkin Səfərova evlərinin eyvanından (4-cü mərtəbə) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş G.Səfərova orada ölüb.

İnterpress.az