ABŞ-dan Sankt-Peterburq görüşü ilə bağlı açıqlamabackend

ABŞ-dan Sankt-Peterburq görüşü ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Bricit Brink İrəvanda bəyan edib ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edir.

“ABŞ Ermənistan və Azərbaycan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan irəliləyişləri dəstəkləyir və problemin həlli üçün əlindən gələni edir”, – Brink bildirib.

Onun sözlərinə görə, Dövlət Departamenti ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə çalışır.

“Bu məsələnin həlli Ermənistan iqtisadiyyatının artması üçün özündə böyük potensial əks etdirir. ABŞ tərəflər arasında etimadın artması və münaqişənin həlli istiqamətində Vyanada və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaları inkişaf etdirməyə çağırır”, – Dövlət Departamentinin rəsmisi bildirib. ( anspress.com )

İnterpress.az