Həkimlərə çay və qəhvə içmək qadağan olunubbackend

Həkimlərə çay və qəhvə içmək qadağan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibb müəssisələrinin rəhbərliyi bunu xəstələrin xahişinə əsasən qəbul edib. İnsanlar bildiriblər ki, müayinə və qəbul zamanı əllərində qaynar içki tutan həkimlər tənbəl və sayğısız insan təəssüratı yaradırlar. Həkimlərə bu qadağa barədə elektron məktub vasitəsilə xəbər veriblər. Bir çox həkimlər bu qadağanı ədalətsiz və qeyri-insani adlandırıblar.

Onlar yerli KİV-lərdə öz hüquqlarını qorumaq üçün kampaniyaya başlayıblar. Amma həkimlərin imic məsələsinə nəzarət edən Mişel Skoun bildirib ki, bu yeni qayda ancaq isti içkiləri nəzərdə tutur. Çünki bu içkilər insanları daha da tənbəlləşdirir, işdən ayırır və sair.

O deyib ki, həkimlər istədikləri vaxt soyuq su içə bilərlər. (musavat)

İnterpress.az