\”Nüsra cəbhəsi\” terror qruplaşması üzvləri Suriya-Türkiyə sərhəddinə yaxınlaşıb. Suriyanın Hələb əyalətindəki sakinlər onların ağır silahlarla gəldiklərini xəbər veriblər.
Rusiya mətbuatından verilən məlumata görə, bu haqda Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin informasiya bülletenində bildirilir.
\”Hələb əyalətinin Hraytan və Kəfr-Həmra yaşayış məntəqələri sakinlərinin məlumatına görə, \”Cəbhət ən-Nüsra\” terror qruplaşmasının ağır silahlarla Suriya-Türkiyə sərhədi ərazisinə gəlişi qeydə alınıb\”, — deyə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan mətndə qeyd olunur.
Sənəddə bildirilir ki, \”Nüsra cəbhəsi\” yaraqlıları yaylım atəşi sistemləri və minaatanlardan Əl-Hader, Kudehi və Xandrat yaşayış məntəqələrini, həmçinin Hələb şəhərində Şeyx-Maksud, Əz-Zaqra və Məddafi təpələri ərazisini atəşə tutublar.
Terrorçular, o cümlədən İdlib əyalətində Fuaa yaşayış məntəqəsini və Dəməşq əyalətində Huteyta əl-Caraş, Hauş-Harabu, Caraş, Şurxun və Blelie yaşayış məntəqələrini və Meyda qəsəbəsi yaxınlığından keçən dəmiryol körpüsünü atəşə məruz qoyublar. (ans)
İnterpress.az