Bu gün parlamentdə intizam komissiyası Zahid Orucla bağlı toplaşacaqbackend

Bu gün parlamentdə intizam komissiyası Zahid Orucla bağlı toplaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentin mətbuat xidmətindən deyilib ki, komissiya iclasları barədə məlumatlar xüsusi zərurət olduğu halda ictimailəşdirilir.

Qeyd edək ki, iclasda deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş insident müzakirə olunacaq. Parlament sədri növbədənkənar iclasın son toplantısında baş verənlərə görə intizam komissiyasının sədri Ağacan Abiyevə Z.Orucun davranışları ilə bağlı araşdırma aparmağı və deputatın hərəkətlərinə qiymət verməyi tapşırmışdı.

Ağacan Abiyev isə jurnalistlərə açıqlamasında 12 komissiya üzvünün və Z.Orucun iştirakı ilə məsələyə qiymət veriləcəyini deyib. Ancaq onun cəzalandırılmasını istisna edən komissiya sədri deputata tövsiyələrin ediləcəyini bildirib. A.Abiyev deyib ki, sədrlə söz güləşdirməyə heç kəsin ixtiyarı yoxdur.

“Ağacan Abiyevə hörmətlə yanaşıram. Əlbəttə ki, istənilən məsələyə baxmaq intizam komissiyasının hüququdur. Sözü gedən bugünkü hadisəyə gəldikdə isə hesab edirəm ki, hər kəs şahiddir, parlament üzvü kimi məsələyə münasibətdə öz düşüncələrimi bölüşdüm”. Bu fikirlər isə deputat Zahid Oruca məxsusdur. (musavat)

İnterpress.az