ABŞ diplomatlarına qarşı Rusiyanın zorakılığı artırbackend

ABŞ diplomatlarına qarşı Rusiyanın zorakılığı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələ o qədər aktual olub ki, bu, birbaşa prezident Vladimir Putinlə qaldırılıb, ABŞ Dövlət Departamentinin mətbuat katibi bildirib.

Problemlər iki il bundan əvvəl, Ukrayna böhranına görə ABŞ tərəfindən sanksiyaların tətbiq olunmasından sonra başlayıb, o əlavə edib.

Konkret olaraq hər hansı insident barəsində rəsmi açıqlama verilmir.

Lakin Washington Post deyib ki, məsələyə səfirlik əməkdaşlarının evlərinin dağıdılması, mebellərin yerinin dəyişdirilməsi, hətta ailənin ev heyvanının öldürülməsi də daxildir.

Rusiya tərəfi hələlik hər hansı rəsmi açıqlama vermir, lakin Washington Post-un yazdıqları da inkar olunmur və deyilir ki, bu, Rusiya diplomatlarına qarşı ABŞ təxribatıdır.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri, Michael McFaul, qəzetə bildirib ki, onun ailəsi Moskvada yaşadığı müddətdə təhlükəsizlik xidməti mütəmadi olaraq onları izləyib və onun da bunu bilməsini istəyiblər.

O deyib ki, bu hadisələr hamısı Krımın ilhaqından və Ukrayna münaqişəsində Rusiya iştirakçılığının davam etməsi səbəbindən ABŞ və Avropa İttifaqının Rusiya liderlərinə sanksiyalar tətbiq etməsindən sonra artıb.

\”Ukraynaya müdaxilədən sonra bu daha da pisləşdi\”, cənab McFaul qəzetə verdiyi müsahibəsində deyib.

\”Biz səfirlikdə özümüzü döyüş hazırlığı vəziyyətində hiss edirdik\” – o əlavə edib (bbc).

İnterpress.az