Prezident nazirin hərbi xidmətin ləğvi qərarına etiraz etdibackend

Prezident nazirin hərbi xidmətin ləğvi qərarına etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Verilən məlumata görə, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. O bildirib ki, məsələ çağırışın ləğv olunması ilə deyil, müdafiə nazirinin öz kvotasını istifadə etməməsi ilə bağlıdır: “Onun nə dərəcədə doğru olmasından asılı olmayaraq, bu kimi qərarlar bir rəsmi şəxs tərəfindən verilməməli, məsələyə həm hökumətin, həm də Təhlükəsizlik Şurasının iclasında baxılmaldır”.

Prezident müdafiə naziri tərəfindən verilən qərardan əvvəlcədən xəbərdar olmadığını söyləyib.

Xatırladaq ki, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli ölkəsində məcburi həqiqi hərbi xidmətin ləğv olunması ilə bağlı sərəncam imzalayıb.
(virtualaz.org)

İnterpress.az