İki gün ərzində diskomfort hava şəraiti müşahidə olunacaqbackend

İki gün ərzində diskomfort hava şəraiti müşahidə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacağı ehtimalı var. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 29-30-da Abşeron yarımadasında gündüz saatlarında isti diskomfort hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

İnterpress.az