Rusiya-Azərbaycan sərhədi bağlandı?backend

Rusiya-Azərbaycan sərhədi bağlandı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Azərbaycanla sərhədi bir neçə saatlıq bağlanıb. Məlumata görə, bu barədə Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvü Pavel Çikov özünün \”Twitter\” səhifəsində yazıb və foto paylaşıb.

Onun sözlərinə görə, Dağıstan tərəfdən sərhəd-keçid məntəqəsinin bağlanması nəticəsində Rusiya və Azərbaycan sərhədində tıxac yaranıb və Pavel özü də tıxacda qalıb.

Rusiyanın Azərbaycanla sərhəddəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsinin bağlanmasına səbəb isə nasaz kompüterlər olub. “Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində 7 saatdan çoxdur ki, minik avtomobillərini buraxmırlar, buna səbəb kimi kompüterin xarab olduğunu deyirlər”.

Onun sözlərinə görə, sərhəddə yüzlərlə avtomobildən ibarət növbə yaranıb. “40 dərəcə isti, nə su, nə tualet, nə yemək var. Heç bir informasiya da vermirlər. Vəziyyət “Yuxarı Lars” Rusiya-Gürcüstan sərhəd-keçid məntəqəsinin sel və sürüşmə nəticəsində bağlanması üzündən daha da mürəkkəbləşir. Faktiki olaraq bütün Qafqazın Rusiya ilə əlaqəsi kəsilib. Təhlükəsizlik Xidməti heç bir informasiya vermir”.
(ans)

İnterpress.az