“Azəravtoyol” ASC-dən İnterpress.az-a verilən məlumata görə, təmir işləri Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar Orucəliyev və Çernyavski küçələrində aparılır.
Aparılan təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır, yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilir və asfaltlanır. Bundan başqa, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur və yeniləri tikilir, yeni səki daşları düzülür, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq, baxış qapaqları yenilənir.
Təmir olunan Arif Heydərov küçəsinin uzunluğu 1146 metr, eni isə 11,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 14 500 kv.m, səkilərdə isə 5200 kv.m ərazinin asfaltlanması, 3300 paqon-metr yeni səki daşının düzülməsi, 42 ədəd kanalizasiya qapaqlarının dəyişdirilməsi və 53 ədəd kanalizasiya quyu qapağının layihə hündürlüyünə qaldırılması nəzərdə tutulub.
Vladimir Mayakovski küçəsinin uzunluğu 746 metr, eni isə 12,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 9630 kv.m , səkilərdə isə 4050 kv.m ərazinin asfaltlanması, 3200 paqon-metr yeni səki daşının düzülməsi və 25 ədəd kanalizasiya qapağının dəyişdirilməsi işləri aparılır.
Təmir işlərinin aparıldığı daha bir küçə Əlicabbar Orucəliyev küçəsidir. Bu küçənin uzunluğu 325 metr, eni isə 11,2 metrdir. Burada təmir işləri zamanı ümumilikdə 4700 kv.m ərazi asfaltlanır, 760 paqon-metr yeni səki daşı düzülür və 16 ədəd kanalizasiya qapağı dəyişdirilir.
Çernyavski küçəsinin təmir olunan hissəsi Ağa Nemətulla və Hidayətzadə küçələri arasında yerləşir. Uzunluğu 390 metr, eni isə 15,9 metrdir. Burada həm yolun hərəkət hissəsində, həm də səkilərdə 8200 kv.m ərazidə asfaltlanma işləri aparılacaq, küçə boyu 350 paqon-metr səki daşı yenilənəcək və 16 ədəd kommunikasiya quyusunun dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenisi ilə əvəzlənəcək.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
İnterpress.az