Məlumata görə, AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İlyas Babayevin rəhbərliyi ilə aparılan arxeoloji araşdırmalar zamanı bu kurqanın eramızdan 1000 il əvvəl Qəbələ ərazisində yaşayan qəbilələrin, tayfaların başçısının kurqanı-yəni dəfn edildiyi yer olduğu məlum olub.
Diametri 35 metr olan kurqanın dəfn kamerası 4 metr daş və 3 metr torpaq qatı altından aşkarlanıb.
İ. Babayev qeyd edib ki, 1971-ci ildə həmin ərazidə arxeoloji qazıntılar zamanı iki ədəd xırda kurqan aşkar edilib. Həmin kurqanlar açılanda oradan böyük dəfinə tapılıb. Alimlər bu dəfinəni analiz edərək, Azərbaycan ərazisində pul sikkələrinin çap olduğunu və yerli xalqların 3000 il əvvəl beynəlxalq ticarətə qoşulduğunu təsdiqləyiblər.
İ. Babayev ərazidə araşdırmaların davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, yeni tapılan tayfa başçısının kurqanı isə Azərbaycan və Koreya arxeoloqlarından ibarət beynəlxalq ekspedisiya tərəfindən öyrəniləcək. (apa.az)
İnterpress.az