Xədicə İsmayılın kassasiya şikayəti təmin edilməyibbackend

Xədicə İsmayılın kassasiya şikayəti təmin edilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə vəkil Yalçın İmanov məlumat verib.

Vəkil bildirib ki, prosesdə Xədicə İsmayıl çıxış edərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra vəkillər ləvğ edilmiş MTN-in antiteror mərkəzinin rəhbəri Elçin Quliyevin şahid qismində dindirilməsini istəyiblər. Onlar bildiriblər ki, məhkəmə zamanı həmin mərkəzdən Binəqədi rayon Məhkəməsinə sənədlər göndərilib və sübutlar siyahısına daxil edilib.

Məhkəmə vəsatəti təmin etməyib. Prosesdə qərar elan edilib. Qərara əsasən, Xədicə İsmayılın kassasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, E.Türkoğlu X.İsmayılı onun şərəf və ləyaqətini təhqir edib böhtan atdığı iddiası ilə məhkəməyə müraciət etmişdi.

Binəqədi rayon Məhkəməsi jurnlalisti 2500 manat cərimələmişdi. Bu il iyun ayında Xədicə İsmayıl bu iş üzrə Milli Məclisin elan etdiyi aministiyaya düşmüşdü.

X.İsmayılova 2500 manat həcmində cəriməni ödəməkdən azad edilib. (virtualaz.org)

İnterpress.az