Yeni dərs ili nə vaxt başlayıb, nə vaxt bitəcək?backend

Yeni dərs ili nə vaxt başlayıb, nə vaxt bitəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmrə əsasən, Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2016-2017-ci dərs ilinə tədris planları və tədris planlarına dair \”Qeydlər\” təsdiq ediləcək.

Buraya ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün tədris planları, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları daxildir.

Yeni təsdiq edilən tədris planlarına əsasən, növbəti tədris ili ərzində dərs məşğələlərinin vaxtı açıqlanıb. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvar tarixləri, ikinci yarımil isə 1 fevral – 14 iyun tarixlərində müəyyələşib.

Dərs ili ərzində tətillər də müəyyən edilib. Belə ki, 5 gün payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvar, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq. (oxu.az)

İnterpress.az