Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Cənubi Qafqaza 3 günlük səfəri çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.
Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində həyata keçiriləcək.
Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində baş tutacaq səfər zamanı Bakıda və Yerevanda keçiriləcək görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.
Səfər Ermənistandan başlanacaq və nazirin Azərbaycana səfəri iyunun 30-na nəzərdə tutulur.
Almaniyalı nazir iyulun 1-də Tbilisidə ATƏT Parlament Assambleyasının yay sessiyasının açılışında iştirak edəcək.
İnterpress.az