Ərdoğan terror təşkilatları tərəfindən günahsız insanlara qarşı yönəldilmiş bu hücumu məkrli niyyət adlandırıb.
O bildirib ki, bu hücumun Ramazan ayında edilməsi terrorçular üçün müqəddəs bir şeyin olmadığını göstərir: \”Hər şeyə rəğmən, Türkiyə terrorizmlə mübarizə aparmaqda davam edəcək\”,-deyə Ərdoğan əlavə edib.
Ötən gün İstanbulun Atatürk hava limanında ard-arda törədilən 3 partlayış nəticəsində 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.
Hadisəyə görə, hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
İnterpress.az